Finss.az - Bu ilin yanvar-iyul aylarında ölkədə 72 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3% azalmış, qeyri-neft-qaz sektorunda isə 3,1% artmışdır.
ÜDM istehsalının sektoral bölünməsi belədir:
- Sənaye: 35,0%
- Ticarət və nəqliyyat vasitələrinin təmiri: 10,1%
- Nəqliyyat və anbar təsərrüfatı: 7,0%
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 6,3%
- Tikinti: 6,0%
- Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 2,8%
- İnformasiya və rabitə sahələri: 1,8%
- Digər sahələr: 21,1%
- Məhsula və idxala xalis vergilər: ÜDM-in 9,9%-i
Əhalinin hər nəfərinə düşən ÜDM 7 076,9 manat olmuşdur.
Müəllif: Fuad Mədətov | Finss.az
Əlavə bax: 15 Avqust 2025: Dünya birjalarında qızıl və qiymətli metalların qiymət dəyişiklikləri